Azərbaycanda avtomobil istehsalı kəskin azalıb

12:21 - 18.02.2021


18 fevral, Fineko/abc.az. 2021-ci ilin yanvar ayında Azərbaycanda 96 minik avtomobili istehsal olunub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünün göstərici ilə müqayisədə 50% azdır.

Hesabat dövründə ölkədə traktor istehsal olunmayıb. Fevralın 1-nə anbarlarda 213 minik avtomobili və 98 traktor ehtiyyatı olub.

Qeyd edək ki, ötən il ölkəmizdə 1949 minik avtomobili və 300 traktor istehsal edilib.

 

Bütün xəbərlər