Gürcüstanda yoluxanlar artdı - Ölənlər azaldı

14:13 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 365 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 539 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 267.313 nəfərə çatıb.

Onlardan 260266 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 9 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3399 nəfər həyatını itirib.

 

Bütün xəbərlər