Azərbaycan-Türkiyə Birgə Media platforması yaradılır - Prezident təsdiqlədi

14:39 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə Qanunu təsdiqləyib.

ABC.AZ xəbər verir ki, memoranduma əsasən Azərbaycan-Türkiyə Birgə Media Platforması yaradılacaq.

Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır.

 

Bütün xəbərlər