Açılan iş yerləri daha çox hansı təşkilatlarda yaradılıb? – Hesabat

15:52 - 18.02.2021


18 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən il Azərbaycanda 129 min yeni iş yeri açılıb.

ABC.AZ-ın məlumatına görə, açılmış iş yerlərinin 6,2% yeni yaradılmış müəssisə və təşkilatlarda, 74,8% mövcud müəssisə və təşkilatlarda, 0,3% fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 18,7% isə digər tədbirlər üzrə yaradılıb.

Hüquqi şəxslər tərəfindən yaradılmış iş yerlərinin 29,0% inzibati və yardımçı xidmətlərin göstərilməsi, 22,2% tikinti, 12,8% ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,1% emal sənayesi, 5,2% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,0% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 3,6% peşə, elmi və texniki fəaliyyət, 2,9% təhsil, 2,1% nəqliyyat və anbar təsərrüfatı, 10,1% isə digər iqtisadi fəaliyyət növləri üzrə açılıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər