Bu dəmir yolu xətti ilə Naxçıvanla əlaqə təmin olunacaq

10:32 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Horadiz-Ağbənd dəmir yolu xətti strateji əhəmiyyətə malikdir.

ABC.AZ-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin şöbə müdiri Bayram Niftəliyev deyib.

O qeyd edib ki, sözügedən dəmir yolu xətti işə düşəndən sonra vətəndaşlarımız azad olunmuş ərazilərə rahat şəkildə gedib-gələ biləcəklər.

"Eyni zamanda Horadiz-Ağbənd dəmir yolu xətti vasitəsi ilə gələcəkdə Naxçıvan Muxtar Respublikası ilə əlaqənin qurulması təmin olunacaq. Əvvəllər də burada dəmir yolu xətti mövcud olub, ancaq 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımız işğal altına düşdükdən sonra infrastruktur dağıdılıb" deyə şöbə müdiri bildirib.

 

Bütün xəbərlər