“Gəncə Şərab -2” MMC olacaq – Səhmdarlar toplaşır

10:42 - 19.02.2021


19 fevral, Fineko/abc.az. “Gəncə Şərab -2” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ-ın məlumatına görə, yığıncaq martın 29-u saat 10.00-da olacaq.

Yığıncağın gündəliyinə hüquqi şəxsin yenidən təşkil edilərək təşkilati-hüquqi formasını dəyişməsi və “Gəncə Şərab -2” ASC-nin MMC-yə çevrilməsi, “Gəncə Şərab-2” ASC-nin təşkilati-hüquqi formasını dəyişməsi ilə əlaqədar Milli Depozit Mərkəzindəki səhmlərinin dövriyyədən çıxarılması və ləğv olunması, Nizamnamənin yeni redaksiyada təsdiq olunması və digər məsələlər daxildir.

 

Bütün xəbərlər