Bakı-Dubay aviareysi bərpa olunur – Artıq biletlər satışa çıxarılıb

15:03 - 19.02.2021


19 fevral, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” aviaşirkəti Bakı-Dubay-Bakı marşrutu üzrə reyslərə bilet satışının başlandığını elan edir.

ABC.AZ QSC-yə istinadən xəbər verir ki, uçuşlar martın 1-dən etibarən həftədə iki dəfə - birinci və beşinci günlər yerinə yetiriləcək.

Epidemioloji şərait qənaətbəxş olduğu təqdirdə martın 19-dan 29-dək olan dövrdə həmin marşrut üzrə uçuşlar hər gün həyata keçiriləcək.

Qeyd edilən reyslərə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytı vasitəsilə almaq mümkündür.

 

Bütün xəbərlər