Müəssisə və təşkilatlardakı muzdluların ən çox çalışdığı sahələr - Siyahı

15:33 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Ötən ay müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 24,3% məhsul istehsalı sahələrində çalışıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sözügedən dövrdə muzdla çalışanlar 7,8% tikintidə, 7,5% emal sənayesində, 3,6% kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2% mədənçıxarma sənayesində, 1,7% su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,7% elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,6% təhsil, 18,5% ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,3% əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6% dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5% inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,5% nəqliyyat və anbar təsərrüfatı, 3,5% peşə, elmi və texniki fəaliyyət, 3,2% istirahət, əyləncə və incəsənət sahələrində işləyiblər. Bununla yanaşı bəhs olunan dövrdə muzdluların 1,8% informasiya və rabitə, 1,7% maliyyə və sığorta fəaliyyəti, 1,4% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1% digər sahələrdə xidmətlərin göstərilməsi və 1% daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar.

 

Bütün xəbərlər