Azərbaycanda işləyən əcnəbilərin sayı açıqlandı – Hesabat

15:47 - 19.02.2021


19 fevral, Fineko/abc.az. 2020-ci ilin sonuna ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 5287 nəfər olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onlardan 29,2% tikintidə, 23,2% mədənçıxarma sənayesində, 9,5% emal sənayesində, 6,2% turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7% ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,6% təhsil və 20,6% digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub.

İlkin məlumatlarına əsasən, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 139,5 saat təşkil edib.

 

Bütün xəbərlər