Bundan sonra BNA-ya nəzarət olunacaq - İctimai Şura yaradıldı

16:16 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şura yaradılıb.

ABC.AZ xəbər verir ki, Şuranın tərkibi nəqliyyat üzrə ekspertlər və Qeyri Hökumət Təşkilatları (QHT), eləcə də ictimaiyyət nümayəndələrini təmsil edən 9 nəfərdən ibarətdir.

İctimai Şuranın yaradılmasının əhəmiyyətini qeyd edən İdarə Heyətinin sədri Vüsal Kərimli bunun Agentliyin öz fəaliyyətində şəffaflığın, aşkarlığın və ictimai nəzarətin gücləndirilməsinə verdiyi önəmin göstəricisi olduğunu deyib.

İctimai Şura şəhər nəqliyyatı sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı Agentliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

 

Bütün xəbərlər