Azərbaycana gələn əcnəbilər ən çox hansı nəqliyyatdan istifadə edib? - Hesabat

17:10 - 19.02.2021


19 fevral, Fineko/abc.az. 2020-ci ilin yanvar ayı ilə müqayisədə ötən ay ümumilikdə körfəz ölkələrindən ölkəmizə gələnlərin sayı 7,3 dəfə azalaraq 4,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 5,6 dəfə azalaraq 14,4 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 3,7 dəfə azalaraq 1,6 min nəfər olub.

Dövlət Sərhəd Xidmətindən ABC.AZ-a verilən məlumata görə, ötən ay ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,0 faizi dəmir yolu və avtomobil, 23,4 faizi hava, 4,6 faizi dəniz nəqliyyatından istifadə edib.

 

Bütün xəbərlər