Daha bir tunel istifadəyə verildi – Zabratda

17:29 - 19.02.2021


19 fevral, Fineko/abc.az. Zabrat qəsəbəsində inşa edilən avtomobil alt keçidi istifadəyə verilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən ABC.AZ-a verilən məlumata görə, oktyabr küçəsi ilə Musa Bayramov küçəsinin kəsişmələrində tikilən bu keçid eyni vaxtda həm qatarların, həm də avtomobillərin hərəkətinə imkan yaradır.

Əvvəllər həmin ərazidə avtomobil yolu ilə dəmir yolunun kəsişməsi nəqliyyat vasitələrinin eyni vaxtda hərəkətinə çətinlik törətməklə bərabər, təhlükəli vəziyyətə səbəb olub.

Tikinti işlərinə 2019-cu ilin avqustundan başlanılan Zabrat avtomobil keçidinin eni 8 metr, hündürlüyü 5 metr, ümumi uzunluğu isə 227 metrdir.

 

Bütün xəbərlər