Gürcüstanda bir gündə 12 nəfər öldü - Yoluxmanın statistikası

11:33 - 22.02.2021


22 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 147 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3447 nəfər həyatını itirib.

Mövcud virusdan müalicə alan pasiyentlərdən isə 607 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 268502 nəfərə çatıb.

Onlardan 262244 nəfəri isə tam olaraq sağalıb.

Bütün xəbərlər