Polis sürücülərə xəbərdarlıq etdi - Yollarda yüksək sürətdən çəkinin

11:03 - 23.02.2021


23 fevral, Fineko/abc.az. DİN Baş Dövlət Yol Polisi İdarəsi hava şəraiti ilə əlaqədar sürücülərə və piyadalara müraciət edib.

ABC.AZ xəbər verir ki, müraciətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumatda Azərbaycanın rayonlarında və paytaxt Bakıda bu gündən etibarən hava şəraitinin kəskin dəyişəcəyi, qarlı və küləkli havanın çovğuna səbəb olacağı, yolların buz bağlayacağı bildirilib.

"Bunları nəzərə alaraq, sürücülər yollarda yüksək sürətdən və sərt manevrlərdən çəkinməli, yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməli, avtomobilin salonunun istilik və havalandırma sistemindən düzgün istifadə etməlidirlər" deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər