Bu gün Su çərşənbəsidir

11:11 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Bu gün ilk çərşənbə - Su çərşənbəsi qeyd olunur.

ABC.AZ xəbər verir ki, bu çərşənbəyə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyilir.

Su çərşənbəsində su və su mənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

 

Bütün xəbərlər