Bu sığorta şirkətinin səhmdarları toplaşır - Şirkət hesabat verəcək

11:53 - 23.02.2021


23 fevral, Fineko/abc.az. “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağın martın 30-da saat 10:00-da keçirilməsi planlaşdırılır. Yığıncaq “Zoom” proqramı vasitəsi ilə onlayn olacaq.

Yığıncağın gündəliyinə şirkətin 2020-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi və digər məsələlər daxildir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər