Yoluxanlar artdı - 2 nəfər öldü

14:54 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Azərbaycanda bu gün koronavirus infeksiyasına 223 yeni yoluxma faktı qeydə alınıb.

ABC.AZ-ın Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən məlumatına görə, son sutkada 176 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Son sutkada 2 nəfər “COVID-19”dan vəfat edib.

 

Bütün xəbərlər