Dörd məktəb bağlandı – Yoluxma səbəbindən

17:08 - 23.02.2021


23 fevral, Fineko/abc.az. Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür.

ABC.AZ xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

 

 

Bütün xəbərlər