Gürcüstanda yoluxma sürətlə artır - 6 nəfər öldü

11:22 - 24.02.2021


24 fevral, Fineko/abc.az. Gürcüstanda son 24 saada 443 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 461 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 269438 nəfərə çatıb.

Onlardan 263257 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 6 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3463 nəfər həyatını itirib.c

 

Bütün xəbərlər