Bakıdan Lahora birbaşa uçuşlar başlayır - Bu tarixdən

11:03 - 25.02.2021


25 fevral, Fineko/abc.az. “Pakistan Beynəlxalq Hava Yolları” şirkəti martın 14-dən Bakıdan Lahora birbaşa aviareyslər həyata keçirəcək.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Məlumata görə, uçuşlar həftədə 2 dəfə yerinə yetiriləcək.

Xatırladaq ki, bu məsələ ilk dəfə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun Pakistanın Azərbaycandakı səfiri Bilal Haye ilə ötən ilin noyabr ayında keçirdiyi görüşdə müzakirə edilib.

 

Bütün xəbərlər