Bakı və Tbilisi aviareysləri bərpa edir - Danışıqlar başlayıb

12:20 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Azərbaycan və Gürcüstan arasında müntəzəm aviareyslərin bərpası ilə bağlı danışıqlar aparılır.

ABC.AZ-ın məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Gürcüstana uçuşları gələn ay bərpa edəcəyi gözlənilir. Belə ki, Bakı-Tbilisi-Bakı istiqaməti üzrə aviareyslərin həyata keçirilməsinə martın ilk ongünlüyündə başlanılması nəzərdə tutulub.

Qeyd edək ki, Gürcüstan martın 1-dən Azərbaycan üçün hava məkanını açacaq. Gürcüstana hava yolu ilə səfər edəcək vətəndaşlar PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış təqdim etməli olacaq.

 

Bütün xəbərlər