Gürcüstanda yoluxanlar yenə artdı - 12 ölən var

12:35 - 25.02.2021


25 fevral, Fineko/abc.az. Gürcüstanda on 24 saatda 362 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 470 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 269.800 nəfərə çatıb.

Onlardan 263.727 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3475 nəfər həyatını itirib.

Bütün xəbərlər