Liderlərin güclü siyasi iradəsi təzyiqə davam gətirmək qabiliyyəti olmalıdır - Prezident

15:30 - 26.02.2021


26 fevral, Fineko/abc.az. Dondurulmuş münaqişələrin həlli üçün bir neçə amil lazımdır.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Dövlət başçısı qeyd edib ki, liderlərin güclü siyasi iradəsi və istənilən təzyiqə davam gətirmək qabiliyyəti olmalıdır: “Öz təcrübəmə istinad etsəm, deyərəm ki, 17 il ərzində müxtəlif dövrlərdə mənə təzyiq cəhdləri gah artır, gah səngiyirdi. Amma hər zaman var idi. Deyirdilər ki, reallıq var, bu reallıqla barışın, sizə nə təklif olunursa onunla da kifayətlənin, qalan torpaqlar qalsın, Ermənistan razı deyil və sairə. Bizim münaqişənin vasitəçiləri dünyanın aparıcı ölkələri idi, ya da ölkələridir. Bu ölkələrə yox demək, onların iradəsindən kənarda addımlar atmaq o qədər də asan məsələ deyildi”.

 

Bütün xəbərlər