Hesablama Palatası QHT Təşkilatlarına Dövlət Dəstəyi Şurasında yoxlama aparır

10:45 - 1.03.2021


1 mart, Fineko/abc.az. Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasında yoxlamalar aparır.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə parlamentdəki mənbə məlumat verib.

Bildirilib ki, aparılan yoxlamalar nəticəsində bəzi pozuntular aşkarlanıb.

Hesablama Palatası QHT-lərə Dövlət Dəstəyi Şurasında yoxlamaların aparılması faktı təsdiqlənib: “Yoxlamaların nəticələri barədə əlavə məlumatlar veriləcək”.

Qeyd edək ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Milli Məclisin deputatı Azay Quliyevdir.

 

Bütün xəbərlər