Neft bahalaşır, Brent barel başına $65,41 təşkil edir

11:08 - 1.03.2021


1 mart, Fineko/abc.az. 2021-ci ilin aprel ayından etibarən yeni OPEC+ həll variantlarının gözləntiləri fonunda neft qiymətləri bazar ertəsi günü artır. OPEC+ - in nazirlər səviyyəsində iclası martın 4-də keçiriləcək.

Saat 10:40-da London ICE Futures birjasında ticarətdə Brent-in may fyuçersinin qiyməti barel başına $0,99 (1,54%) – $65,41-ə yüksəldi. 26 fevralda keçirilmiş ticarətin nəticələrinə görə, Brent-in may fyuçersləri $1,69 (2,61%) – $64,42-ə düşdü.

Saat 10:40-da Nyu-York əmtəə birjasında (NYMEX) WTI-nin aprel fyuçersinin qiyməti $0,96 (1,56%) - barel başına $62,46-a yüksəldi. Fevralın 25-də keçirilmiş hərracların nəticələrinə görə, aprel ayına fyuçers $2,03 (3,22%) – barel başına $61,50 qədər ucuzlaşıb.

 

Bütün xəbərlər