Yekaterinburq-Bakı-Yekaterinburq uçuşları başlayır - Tarix açıqlandı

16:06 - 1.03.2021


1 mart, Fineko/abc.az. “Ural Hava Yolları” aviaşirkəti martın 11-dən Yekaterinburq-Bakı-Yekaterinburq marşrutu üzrə çarter reysləri həyata keçirəcək.

ABC.AZ interfaksa istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilir.

Şirkətin məlumatına görə, U6-8951 və U6-8952 saylı uçuşlar həftədə bir dəfə - cümə axşamı Airbus A320 təyyarələri ilə həyata keçiriləcək. Biletlər artıq satışdadır, onları şirkətin saytında, UralAirlines tətbiqi, aviakasslarda, Çağlı mərkəzinin telefonları vasitəsilə əldə etmək mümkündür. Hazırda bəzi kateqoriyadan vətəndaşlar Azərbaycana buraxılır. Həmin şəxslərə uçuişdan 48 saat öncə verilən COVİD-19 koronavirusla bağlı mənfi nəticəsi olan PZR test tələb olunur.

Test Azərbaycan tərəfinin akkreditasiyadan keçmiş laboratoriyalarında verilməlidir.

 

Bütün xəbərlər