Qeyri-neft sektoru üzrə əsas ixracatçı dövlət şirkətləri açıqlanıb

16:43 - 1.03.2021


1 mart, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) yanvar ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında aparıcı şirkətlərin adlarını açıqlayıb.

ABC.AZ İİTKM-in “İxrac İcmalı”nın fevral sayına istinadla xəbər verir ki, Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısına “SOCAR Polymer” MMC və SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi liderlik edir.

Siyahıda növbəti yerlərdə “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərenerji” ASC, “Azəripək” MMC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azərtütün Aqrar Sənaye Kompleksi” MMC və "Azərbaycan Hava Yolları" QSC qərarlaşıb.

 

Bütün xəbərlər