Gürcüstanda yoluxma artdı – 12 nəfər infeksiyadan öldü

11:21 - 2.03.2021


2 mart, Fineko/abc.az. Son 24 saatda Gürcüstanda 461 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 163 nəfər sağalıb.

Beləliklə, bu günədək Gürcüstanda koronavirus diaqnozu qoyulanların ümumi sayı 271379 nəfərə çatıb.

Onlardan 265686 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3532 nəfər həyatını itirib.

 

Bütün xəbərlər