Türkiyədə toylara belə icazə veriləcək – Şərtlər

16:06 - 2.03.2021


2 mart, Fineko/abc.az. Türkiyədə toy mərasimləri və bənzər yığıncaqların təşkil olunması qaydaları bölgələrdəki epidemioloji vəziyyətə görə müəyyənləşdiriləcək.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabineti ilə iclasdan sonra jurnalistlərə açıqlamasında bildirib.

“Nikah mərasimləri şəklində toylar aşağı və orta yoluxma riskli əyalətlərdə maksimum 100 nəfər, yüksək və kritik yoluxma riskli bölgələrdə 50 nəfərdən çox iştirakçı və müddəti bir saatdan çox olmamaq şərtilə keçirilə bilər”, - deyə Ərdoğan qeyd edib.

 

Bütün xəbərlər