Bakıda daha bir məktəb koronavirus səbəbindən bağlandı

11:57 - 3.03.2021


3 mart, Fineko/abc.az. Bakıdakı 106 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ABC.AZ-a verilən məlumata görə, 106 nömrəli tam orta məktəbdə 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1  nəfər direktor müavininin COVİD-19 testi pozitiv çıxıb.

Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb. 

 

Bütün xəbərlər