Gürcüstanda yoluxmadan 9 nəfər öldü - Bir günün statistikası

12:03 - 3.03.2021


3 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saat ərzində 360 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 119 nəfər sağalıb. Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 271739 nəfərə çatıb.

Onlardan 265805 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 9 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3541 nəfər həyatını itirib.

 

Bütün xəbərlər