KOBİA bu sahələri araşdıracaq – Müqavilə imzalandı

14:27 - 3.03.2021


3 mart, Fineko/abc.az. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) balıq istehsalı sektorunda və tikinti sahəsində daxili bazar araşdırmasını aparacaq.

ABC.AZ-ın məlumatına görə, Agentlik bu məqsədlə "Sage Solutions" şirkətini cəlb edib.

Şirkətlə imzalanan birinci müqavilə “Balıq məhsullarının istehsalı və satışı” layihəsi çərçivəsində daxili bazarın araşdırılmasına yönəlib.

İkinci müqavilə dizayn, təmir və tikinti sahəsində daxili bazarın araşdırılmasının aparılmasını nəzərdə tutur.

 

Bütün xəbərlər