Dövlət şirkəti 1 milyon 388,2 min manata kimyəvi maddələr alır

10:33 - 4.03.2021


4 mart, Fineko/abc.az. "AzerGold" QSC-nin bir müddət əvvəl elan etdiyi tender yekunlaşıb.

ABC.AZ-ın məlumatına görə, şirkət kimyəvi maddələr almaq üçün tender keçirib.

Tenderin qalibi "Chem Trade" MMC-dir. "AzerGold" qalib şirkət ilə məbləği 1 milyon 388,2 min manat olan müqavilə imzalayıb.

 

Bütün xəbərlər