Gürcüstanda dəmir yolu nəqliyyatı bərpa olunur

11:14 - 4.03.2021


4 mart, Fineko/abc.az. Gürcüstanda ölkə daxili dəmir yolu nəqliyyatı ilə sərnişin daşınması iki gündən sonra bərpa olunacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstanın Dəmir Yolları kompaniyası məlumat yayıb.

Biletlər 25 fevraldan etibarən onlayn rejimdə satışa çıxarılacaq.

Eyni zamanda kassaların da fəaliyyətinin bərpa olunduğu bildirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər