Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq – Prezident

11:44 - 4.03.2021


4 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev martın 3-də Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Razanın başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı görüşdə hərbi sahədə əməkdaşlığımızın böyük potensialı var və əminəm ki, bu gün siz həmkarlarınızla gələcək planlarımızı müzakirə edəcəksiniz deyə bildirib.

"Biz artıq Pakistan müdafiə sənayesinin məhsulları ilə tanışıq. Bildiyiniz kimi, biz Pakistandan hərbi avadanlıq almışıq və bu prosesi davam etdirmək arzusundayıq. Bununla yanaşı, biz birgə hərbi təlimlər üzərində düşünürük. Hesab edirik ki, artıq bunun vaxtı çatıb" deyə Prezident qeyd edib.

 

Bütün xəbərlər