Azərbaycanda 184 dövlət obyekti hərraca çıxarılıb

11:43 - 5.03.2018


5 mart, Fineko/abc.az. Azərbaycanın Əmlak Məsələləri Dövlət Komitəsi  dövlət obyektlərinin özəlləşdirilməsi üzrə hərrac keçirəcək.

Komitənin məlumatında deyilir ki, hərrac aprelin 3-də keçiriləcək.

“Hərraca 184 obyekt çıxarılacaq, bunlardan 18-i səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisə və

obyekti, 67-i isə istifadəsiz qeyri-yaşayış sahəsi, 6-sı nəqliyyat vasitəsidir”, - məlumatda belə deyilir.

 

 

Bütün xəbərlər