Gürcüstanda bir gündə 12 nəfər öldü - Yoluxmanın statistikası

12:21 - 4.03.2021


4 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 133 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən 276 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 271,872 nəfərə çatıb.

Onlardan 266,081 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 12 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3553 nəfər həyatını itirib.

 

Bütün xəbərlər