Azərbaycana 432 min doza "AstraZeneca" peyvəndi gətiriləcək

16:11 - 4.03.2021


4 mart, Fineko/abc.az. Azərbaycan COVID-19 əleyhinə 432 min doza "AstraZeneca" peyvəndi qəbul edəcək.

ABC.AZ-ın Apa-ya istinadən məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə ofisinin rəhbəri Hans Kluqenin mətbuat brifinqində bildirib.

Brifinqdə bildirilib ki, artıq "AstraZeneca" peyvəndi Azərbaycana ayrılıb.

"Azərbaycan 432 min doza "AstraZeneca" peyvəndini qəbul edəcək. Bununla bağlı artıq qeyd etdiyim kimi məlumat yayılıb və bu ölkə peyvəndi tezliklə alacaq”, - deyə brifinqdə bildirilib. 

 

Bütün xəbərlər