330x110
 

Şəmkirdə gizlin SPA mərkəzi fəaliyyət göstərirmiş - Polis 18 nəfəri cərimələdi

09.03.2021,11:22


9 mart, Fineko/abc.az. Şəmkirdə karantin rejimini pozan SPA mərkəzi aşkarlanıb.

Daxili İşlər Nazirliyinin ABC.AZ-a verilən məlumata görə, Rayon Polisinə rayon ərazisindəki “ABİ” otel kompleksinə daxil olan, “Məşədibad hamamı” adlı SPA mərkəzinin sanitar-karantin qaydalarına zidd olaraq, gizli şəkildə fəaliyyət göstərməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları dərhal adıçəkilən ünvana gələrək obyekt işçiləri və müştərilərdən ibarət 23 şəxsi Polis Şöbəsinə gətiriliblər. Mərasim iştirakçılarından 18 nəfər barəsində protokol tərtib edilərək 200 manat miqdarında cərimə edilib.