Gürcüstanda bir gündə 10 nəfər öldü - Yoluxmanın statistikası

11:34 - 9.03.2021


9 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 139 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 129 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 273,137 nəfərə çatıb. Onlardan 267,015 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 10 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,601 nəfər həyatını itirib.

 

Bütün xəbərlər