Bayram ərəfəsində qiymətlər qalxmaqdadır - Deputat

12:24 - 9.03.2021


9 mart, Fineko/abc.az. Novruz Bayramı ərəfəsində qorxu var ki, yenə hər yeri qapadılacaq.

ABC.AZ-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib. O bahalaşan ərzaqların qiymətinə də toxunub.

"Bayram ərəfəsində qiymətlər qalxmaqdadır. Amma buna adekvat gəlir vətəndaşın evinə girmir. Hər yeri bağlamaq, rayonlara yolların bağlanması da doğru qərar deyil. 10 gün tətil müddətində vətəndaş rayonda gedə bilər. Digər tərəfdən, polislərin də vəziyyətini düşünmək lazımdır” deyə deputat bildirib.

 

Bütün xəbərlər