330x110
 

Hərbçilər üçün yeni güzəştlər təklif edilir

09.03.2021,16:22


9 mart, Fineko/abc.az. Ombudsman hərbçilər üçün müavinətlərin artırılması, mənzil şəraitinin yaxşılaşdırılması və digər güzəştləri nəzərdə tutulan təkliflər irəli sürüb.

ABC.AZ-ın məlumatına görə, bu tövsiyə İnsan hüquqları üzrə müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində öz əksini tapıb.

Məruzədə qeyd edilib ki, Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş və yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçuların mənzil hüququnun təmin edilməsi məqsədilə 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində Konstitusiyanın 9-cu maddəsinin I hissəsinə edilmiş dəyişikliklərə uyğun olaraq Prezidentin 2011-ci il 28 dekabr tarixli, 569 nömrəli Fərmanında dəyişikliklər edilsin.