Bakıda daha bir yolda hərəkət məhdudlaşdırılacaq - Detallar

16:48 - 9.03.2021


9 mart, Fineko/abc.az. Sabahdan etibarən Bakı şəhəri, Yasamal rayonu, keçmiş “Sovetski” kimi tanınan ərazidə yerləşən Mərkəzi Parkın tikinti layihəsinin II mərhələsinin tikintisi və parkətrafı küçələrin bir hissəsinin yenidən qurulması ilə əlaqədar olaraq Mirzə Ağa Əliyev küçəsinin Nəriman Nərimanov prospekti ilə İsmayıl bəy Qutqaşınlı küçəsi arasında olan hissəsində hərəkət məhdudlaşdırılacaq.

ABC.AZ xəbər verir ki, məhdudlaşma təmir-bərpa işləri bitənədək qüvvədə olacaq.  

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur

 

Bütün xəbərlər