Azərbaycan və Macarıstan fəal əməkdaşlığı davam etdirməlidir - İlham Əliyev

14:48 - 10.03.2021


10 mart, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyartonu videoformatda qəbul edib.

ABC.AZ-ın məlumatına görə, dövlət başçısı görüşdə bəzi məqamlara toxunub.

İ.Əliyev qeyd edib ki, bu vaxt ölkəmizə səfər etməyiniz müsbət haldır və bizim söhbət aparmaq üçün imkanımız olacaq.

"Bilirəm ki, bir neçə ay əvvəl siz həmkarınızla ikitərəfli iqtisadi komissiyanın işi ilə əlaqədar məsələləri müzakirə etmisiniz. Mənə bu barədə məlumat verilib və hesab edirəm ki, işlər düzgün istiqamətdə gedir. Strateji tərəfdaş olan Azərbaycan və Macarıstan müxtəlif sahələrdə fəal əməkdaşlığı davam etdirməlidir" deyə İ. Əliyev bildirib.

 

Bütün xəbərlər