Gürcüstanda bir gündə yoluxmadan 9 nəfər öldü – Statistika

12:23 - 11.03.2021


11 mart, Fineko/abc.az. Gürcüstanda son 24 saatda 395 yeni yoluxma qeydə alınıb.

ABC.AZ-ın məlumatına görə, mövcud virusdan müalicə alan pasiyentlərdən isə 310 nəfər sağalıb.

Beləliklə, bu günədək ölkədə koronavirus diaqnozu qoyulanların ümumi sayı 274,045 nəfərə çatıb.

Onlardan 267,421 nəfəri isə tam olaraq sağalıb.

Bu gün virusdan 9 nəfərin ölməsi ilə bərabər ümumilikdə 3,622 nəfər həyatını itirib.

 

Bütün xəbərlər