"Bakı Metropoliteni" gigiyenik məhsulların alışına 72 min manat ödəyəcək

15:38 - 11.03.2021


11 mart, Fineko/abc.az. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bir müddət əvvəl elan etdiyi tenderin qalibinin adını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, “Bakı Metropiliteni”QSC üçün sanitar - gigiyenik və tibbi məhsulların satınalınması tenderində iştirak edən iddiaçıların qiymət təklifləri qiymətləndirilib.

Açıq tenderin qalibi "MEDİGROUP" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti qalibə 72 min 558 manat ödəyəcək.

 

Bütün xəbərlər