330x110
 

Sahil Babayev İctimai şuranın yeni tərkibi ilə görüşüb – Foto

11.03.2021,16:35


11 mart, Fineko/abc.az. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Nazirlik yanında İctimai şuranın yeni tərkibdə üzvləri ilə görüşüb.

ABC.AZ xəbər verir ki, görüşdə nazir xüsusilə Nazirlik yanında İctimai şura ilə birgə işlərin Nazirliyin fəaliyyətində ictimai iştirakçılığın, ictimai nəzarətin təmin olunmasında önəmini diqqətə çatdırıb.

Nazir sosial sahədə aparılan islahatlarda, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin təşkilində, yeni normativ-hüquqi aktların layihələrinin hazırlanması və müvafiq qanunvericiliyin təkmilləşdirilməsi işlərində İctimai şuranın iştirakına geniş şərait yaradıldığını deyib.

İclasda Şuranın tərkibində 5 istiqamət üzrə işçi qruplar yaradılıb.