Bakı və Abşeronda yarmarkalar olacaq - Ünvanlar

17:23 - 11.03.2021


11 mart, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən Novruz bayramı ilə əlaqədar olaraq 13-19 mart tarixlərində “Kənddən Şəhərə” yarmarkaları təşkil olunacaq.

ABC.AZ xəbər verir ki, yarmarkalar Bakı və Abşeron ərazisində üç fərqli ünvanda keçiriləcək. “Kənddən şəhərə” Novruz yarmarkası Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı), Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı), Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A ünvanlarında fəaliyyət göstərəcək. Müəllif: Elmir Murad

 

Bütün xəbərlər