"Mercedes" şirkəti 264 mindən çox avtomobilini geri çağırır

10:45 - 12.03.2021


12 mart, Fineko/abc.az. Almaniyanın “Mercedes-Benz” şirkəti 264 mindən çox avtomobilini geri çağırır.

ABC.AZ-ın məlumatına görə, buna səbəb kimi avtomobillərin alovlanma qüsurunun yaranması göstərilib.

Almaniya Federal Avtomobil Nəqliyyatı Departamentinin qiymətləndirilməsinə görə, geri çağırılan 120 766 avtomobil modeli 2016-2020-ci illərdə istehsal edilmiş “C” və “GLC” siniflərinə aiddir.

Müəllif: Elmir Murad

Bütün xəbərlər