Martın 9-da Holcim sement zavodunun ərazisində baş verən hadisə daşınma işini dayandırıb

15:03 - 12.03.2021


12 mart, Fineko/abc.az. Martın 9-da Holcim sement zavodunun ərazisində baş verən hadisə daşınma işini dayandırıb

Hadısə yük maşının zavodun ərazisinə girməyə cəhd göstərməydən başlanıb. Sonra sürücü işçiləri təhdid edərək, hücum etməyə çalışıb. Daha sonra yük maşınını yandırmaqla partlama təhlükəsini yaradıb və digər sürücüləri, eləcə də şirkət işçilərinin həyatını risk altına qoyub. Nəticədə dispetçerliyin fəaliyyəti yarım gün dayandırılıb.

Yanğının təsirini azaltmaq üçün hadisə yerinə daxili qüvvələr səfərbər olunub və bu səbəbdən günün yarısı çatdırma işləri dayandırılıb.

Şirkətin muraciətinə əsasən, polis hadisə yerinə gəlib, şübhəli şəxsi zərərsizləşdirərək sahədən kənarlaşdırıb.

Yanğınsöndürmə xidmətinin dərhal reaksiyası nəticəsində insanlardan heç biri xəsarət almayıb, yanğın yaxınlıqdakı obyektlərə, yük maşınlarına keçməyib, böyük itkilərin qarşısı alınıb. Zədələnmiş yük maşını isə vəziyyət aydınlaşana qədər hadisə yerində qalıb.

Holcim rəhbərliyi şirkətin işini və nüfuzunu pozmağa yönəlmiş dağıdıcı hərəkətlər qəbuledilməz hesab edir və zavoda edilən hücumla bağlı ciddi narahatlığını bildirir. Şirkət artıq Daxili İşlər Nazirliyinə muraciət edib.

 

************************************************************************

Holcim Azərbaycan, sement, beton və inşaat həllərinin aparıcı təchizatçılarından biri olan LafargeHolcim Qrupunun üzvüdür.

 

Bütün xəbərlər